Masazırda mağazadan 30 min dollarlıq qızıl əşyalar oğurlayan şəxs ələ keçdi


Kriminal 05 İyn 2019 14:24:00 197 0

Masazırda mağazadan 30 min dollarlıq qızıl əşyalar oğurlayan şəxs ələ keçdi

Masazırda mağazada 30 min dollarlıq qızıl əşyalar oğurlayan şəxs tutulub.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 1-də Masazır qəsəbəsi ərazisindəki mağazaların birində A.Çaruxçerə məxsus içərisində 30.000 ABŞ dolları dəyərində qızıl-zinət əşyaları olan çantanı oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini F.Hacıyev saxlanılıb.