"Riqoletto" operasinin tamaşasinda Serbiya, Özbəkistan və Azərbaycanin opera sənəti ulduzlari birgə çixiş edəcəklər


Kriminal 04 İyn 2019 19:09:00 237 0

"Riqoletto" operasinin tamaşasinda Serbiya, Özbəkistan və Azərbaycanin opera sənəti ulduzlari birgə çixiş edəcəklər

İyunun 15-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında C.Verdinin "Riqoletto"operasının tamaşası keçiriləcək.

Opera və Balet Teatrının Mətbuat Xidmətindən Son.az-a verilən məlumata görə, Azərbaycan Dövlət Opera və Balet Teatrı bu tamaşada Riqoletto partiyasını ifa etmək üçün Belqrad Milli Teatrının (Serbiya) aparıcı solisti, vokalçıların beynəlxlaq müsabiqələrinin laureatı Matiç Draqutini dəvət etmişdir.

Hersoq rolunda isə Əlişir Nəvai adına Özbəkistan Dövlət  Akademik Böyük Teatrının solisti, Özbəkistanın Xalq artisti, vokalçıların beynəlxlaq müsabiqələrinin laureatı Ramiz Usmanov çıxış edəcəkdir.

Opera tamaşasında əsas partiyalardan biri olan Cilda partiyasını Azərbaycanın Əməkdar artisti İnarə Babayeva ifa edəcəkdir.

Tamaşada həmçinin Azərbaycanın Xalq artistləri  Əli Əsgərov, Əkrəm Poladov, Əməkdar artist Tural Ağasıyev, solist Nina Makarova  və b. çıxış edəcəklər.