Keçmiş məhkum kafedə müştəriləri bıçaqladı


Kriminal 04 İyn 2019 18:39:00 253 0

Keçmiş məhkum kafedə müştəriləri bıçaqladı

Bakıda kafelərdən birində keçmiş məhkum müştərilərə bıçaqla hücum edib.

Son.az xəbər verir ki, Sabunçu Rayon Polis İdarəsindən oxu.az-a bildiriblər ki, hadisə iyunun 3-də saat 01:20-də Sabunçu qəsəbəsi, Gənclik küçəsində yerləşən kafedə qeydə alınıb.

Yerli sakinlər - 27 yaşlı Asif Ramiz oğlu Göyüşov və 27 yaşlı Müşfiq Etibar oğlu Allahverdiyev bıçaq zərbələrinə məruz qalıblar. Hər iki zərərçəkən 3 saylı Şəhər kliniki xəstəxanasına müraciət edib. A.Göyüşov qarın nahiyəsindən, digəri isə yüngül xəsarət alıb.

13-cü Polis Bölməsi əməkdaşlarının operativ-axtarış tədbirləri nəticəsində şübhəli şəxs saxlanılıb. O, vaxtilə məhkumluq həyatı yaşamış 56 yaşlı Əziz Teymurşah oğlu Əzizovdur.

Məlum olub ki, cinayət vaxtı hər üç şəxs sərxoş olub. Münaqişə yersiz mübahisə səbəbindən çıxıb.