Prokuror qaynının evindən 60 min manat oğurlayan şəxsə cəza istədi


Kriminal 03 İyn 2019 16:20:00 212 0

Prokuror qaynının evindən 60 min manat oğurlayan şəxsə cəza istədi

Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Fərid Yusubun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı yekunlaşıb və prokuror F.Yusubun 5 il 8 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Prosesdə təqsirləndirilən şəxsin vəkili çıxış üçün məhkəmədən vaxt istəyib.

Məhkəmə prosesi iyunun 11-də davam etdiriləcək.

Qeyd edək ki, Gülnarə Şəkinskaya qardaşı F. Yusubla birlikdə qadının keçmiş həyat yoldaşı Emin Şəkinskinin evindən 60 min manat pul oğurlamaqda ittiham olunur.