Azərbaycan AŞPAnın komitə iclasında təmsil olunacaq


Siyasət 03 İyn 2019 15:50:00 230 0

Azərbaycan AŞPAnın komitə iclasında təmsil olunacaq

Milli Məclisin deputatı Sahibə Qafarova Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Bərabərlik və qeyri-diskriminasiya komitəsinin iclasında iştirak etmək üçün iyunun 4-dən iyunun 6-na kimi Serbiyanın paytaxtı Belqrada səfər edəcək.

Son.az Trend-ə istinadən xəbər verir ki, millət vəkili iclasda çıxış edərək fikirlərini səsləndirəcək.

S.Qafarova iyunun 6-dan 8-nə kimi isə Parisdə səfərdə olacaq. O, Azərbaycanda qadınlara seçki hüququnun verilməsinin 100 illiyi ilə əlaqədar ölkəmizdə qadın hərəkatına, qadın hüquqlarının tarixinə və perspektivlərinə həsr olunmuş elmi konfransda iştirak edəcək.