Prokurorluq bacısını öldürmək istəyənlə bağlı protest verib


Kriminal 01 İyn 2019 14:50:00 220 0

Prokurorluq bacısını öldürmək istəyənlə bağlı protest verib

Bakıda bacısını qətlə yetirməyə cəhddə ittiham edilən Niyaməddin Məmmədov barəsində olan hökmdən prokurorluq Ali Məhkəməyə protest verib.

Son.az ONA-ya istinadən xəbər verir ki, prokurorluğun protesti Ali Məhkəmədə Tahir Kazımovun icraatına verilib.

Protestə yaxın günlərdə baxılacaq.

İttiham aktına görə, Xətai rayonunda kirayədə yaşayan 1993-cü il təvəllüdlü Əfsanə Əhmədova qısqanclıq zəminində qardaşı N. Məmmədov tərəfindən bıçaqlanıb.

Qadın Sabunçu rayon 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Onun həyatını xilas etmək mümkün olub.

N. Məmmədov ailəli münaqişəsi zəmində bıçaqlayıb.