Qadın oteldə özündən 6 yaş kiçik sevgilisinə 33 bıçaq zərbəsi vurdu


Kriminal 31 May 2019 11:19:00 291 1

Qadın oteldə özündən 6 yaş kiçik sevgilisinə 33 bıçaq zərbəsi vurdu

Özündən 6 yaş kiçik sevgilisini 33 bıçaq zərbəsi vuraraq öldürməkdə təqsirləndirilən Günel Hüseynova Bakı Apelyasiya Məhkəməsinə müraciət edib.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, təqsirləndirilən şəxsin şikayəti ilə bağlı məhkəmə baxış iclası bu gün hakim Habil Məmmədovun sədrliyi ilə keçiriləcək.

İttihama görə, 1987-ci il təvəllüdlü G.Hüseynova onunla rəsmi nikaha girəcəyi barədə verdiyi sözə əməl etməyən sevgilisi Vüqar Atakişiyevi "Grand" oteldə bıçaqlayaraq öldürüb. Məhkəmədə verilən ifadələrə görə, Vüqar onunla bir müddət münasibətdə olub, amma onunla evlənməkdən imtina edib və başqası ilə evlənəcəyini deyib. G.Hüseynova mərhuma deyib ki, başqası ilə evlənsən də, yenə görüşək. Oğlan yenə də razı olmayıb. Qız isə sonuncu dəfə görüşmək üçün çağırıb, iki dəfə onunla cinsi əlaqədə olduqdan sonra oğlanı qətlə yetirib.

G.Hüseynova sevgilisi, 1993-cü il təvəllüdlü Vüqar Atakişiyevi boğazından və qoltuq nahiyəsindən bıçaqlayaraq öldürüb. Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə G.Hüseynova 15 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.