Mirzə Ələkbər Sabirin ölüm yatağında dedikləri...


Kriminal 30 May 2019 19:55:00 234 0

Mirzə Ələkbər Sabirin ölüm yatağında dedikləri...

Son.az Modern.az-a istinadla Mirzə Ələkbər Sabirlə bağlı yazını təqdim edir:

Bu gün hec bir təqdimata ehtiyacı olmayan, Azərbaycanın əvəzsiz övladlarından birinin - Mirzə Ələkbər Sabirin doğum günüdür. Onun haqda müxtəlif vaxtlarda müxtəlif mənbələrdən topladığım, eləcə də öz əlavələrimdən ibarət yazını Sizə təqdim edirəm! Zəhməti olanlara təşəkkürlər!

...Ağlayıb sızlayarıq yada düşdükçə güldüklərimiz... ...Mən belə dövranı qana bilmirəm  Qanmaz olub da dolana bilmirəm...

...Mirzə Ələkbərin ən yaxın dostu Abbas Səhhət idi. "Sümüklərimi də xalqın yolunda qurban verməyə hazıram" vəsiyyətini ona etmişdi.... 

...Sabir ömrü boyu verdiyi ilk və son müsahibədə ...(o tarixi müsahibəni Salman Mümtaz almışdı) özünməxsus təvazökarlıqla "..Siz böyüksünüz yoxsa Abbas Səhhət?" sualına belə cavab vermişdi: "Yaşda mən, başda o".....

...Tarixi müsahibə....

.....1910-cu ilin iyununda M.Ə.Sabir Haşımbəy Vəzirovun gündəlik "Səda" (1909-1911) qəzetində korrektor (müsəhhih) işləyir və "İslamiyyə" mehmanxanasında qalırdı.....  (......Guşeyi qəssində olan ləzzəti,  Xaneyi viranda haçan anlarıq....)

Əvvəlcə "Metropol" mehmanxanasına düşən S.Mümtaz Sabirlə görüşdükdən sonra onun qaldığı mehmanxanaya köçür. Onunla ilk və son müsahibə alan Salman Mümtaz: 

...Sabiri nömrəmə gətirdim və qalmağı təklif etdim. Sabir razı oldu. Əlahiddə krovat qoymaq mümkün olmadığından krovatımı ona verərək, özüm kuşetkanın üstündə uzandım. Sabir yarım saatdan çox o böyrü və bu böyrü üstündə çevrildi. Səbəbini soruşduqda krovatdan şikayət edərək "məni atıb-tutur", -dedi. Yerimizi dəyişdik. Kuşetkanın üstündə uzanan kimi "ox, buna nə demişəm, mən prujinli krovatı harda görmüşəm" - deyərək yatdı... Gecə gec yatmağımıza görə səhər bir az gec durmalı idik. Lakin konkaların zənginin səsi və bazar əhlinin hay-küyü buna mane oldu və o gün Sabirlə aşağıdakı müsahibəmiz oldu.....

...Səhhət Tehranda, "Mədrəsəyi Nizamiyyəyi Nəsiriyyə"də həkimlik oxumuşdu. Fransız dilini də orda öyrənmişdi. Amma İran diplomuyla Azərbaycanda işləyə bilməzdi, imtahan verməli idi. Sürətlə rus dilini öyrəndi. Fransız dili vasitəsi ilə Qərb ədəbiyyatını dərindən öyrənmişdi, Şamaxıda isə rus ədəbiyyatını mənimsəyirdi...

...Sabirin Həmidə xanıma dediyi kimi hər Ramazanda bir qızı olurdu, Sabirin anası tez-tez Kərbalaya gedib oğlan arzulayırdı, nəhayət oğulları doğuldu, adını Məmmədsəlim qoydular....

.... "Uşaqların çox olması Ələkbərin zamanını alır, güzəranını ağırlaşdırır, onu daha artıq dərəcədə məyus edirdi". Badam (arvadı..Ə.Ə.) savadsız idi, Ələkbərin şeir yazması ona çatmırdı.

....Bu şeir elə Badam haqdaydı. Seyid Hüseyn yazırdı: "Badamı aşiqanə bir qəzəldən, yanıqlı bi mərsiyə və sənətkəranə bir qəsidədən Sabirin evə gətirdiyi bir girvənkə yağ, bir batman un daha artıq maraqlandırır, ona daha artır "bədii" zövq verirdi". Ələkbər qəzəldə "Seyid Əzimdən, mərsiyədə isə.... mərsiyə şairlərindən aşağı olduğunu əzab içində hiss edir, nə qədər ağrılı olsa da poeziyanın inkişaf etdiyi Şamaxıda şöhrəti maraqlı söhbətlər və şirin zarafatlardan ibarət idi"......

..Çıxılmaz vəziyyətdə şairin sinif yoldaşı, məşhur inqilabçı Sultan Məcid Qənizadəyə məktubundan: ...Daha taqətim, təb və səbrim başa gəlibdir. Qardaşlarının əlindəki Yusif kimi əsir qalmışam. Birisi şillə ilə üzümə vurur, o birisinin məhəbbət ağuşuna atılmaq istəyəndə o da yumruqla başımda vurur, bu biri tərəfə gedəndə o da yumruğu başıma zollayır. Ondan azad olub başqasıyla dost olduqda döşümdən itələyir, ağzımdan vurur, ona dal çevirəndə digəri dalımdan vurur, ağzıüstə yıxılıram. Bir daha Şamaxıda qalmağa tabım qalmayıb. Bir nəfər də havadarım və qəmxarım yoxdur, yenə Sizə ümidvar olub sizə dərd-sər verməyə cəsarət edirəm. Acizanə xahiş edirəm, mənim burda katorqa cəzasına məhkum olub qalmağıma razı olmayasınız. Lütf və mərhəmət əlinizi mənim tərəfimdə uzadıb, məni bu cəhənnəmdən xilas edəsiniz". Sultan Məcid məktubu oxuyub ağladı. Firudin bəy Köçərlini də çaöırıb məktubu ona da oxudu, bir yerdə çarə axtarmağa başladılar.....

...Ağır xəstə idi şair, Bakıda 3 ay müalicə (1910 sentyabr-noyabr) olunsa da, xeyri olmadı. Həmidə xanımın göndərdiyi pulla Tiflisə gəldi. Tarix: 1910 1 fevral. 

Mehmanxanaya düşsə də, Ömər Faiq dərhal onu Molla Nəsrəddin redaksiyasına gətirir. Qarabağda olan Cəlil Məmmədquluzadənin kabinetində yatır.

O dövrdə jurnalın müvəqqəti redaktoru olan Məmmədəli Sidqiyə məktub yazan Cəlil Məmmədquluzadə Sabiri ən yaxşı həkimlərə göstərməyi və pul əsirgəməməyi ondan xahiş edir. O dövrdə Molla Nəsrəddin jurnalında bir neçə uşaq vardı. Kim idi o uşaqlar: Münəvvər: Cəlil Məmmədquluzadənin birinci arvadından olan qızı Həlimə; Əhməd Pepinov: Ömər Faiqin bacısı oğlu. 1937-ci ildə güllələndi.

Əziz Şərif: Mirzə Cəlilin, eləcə də Sabirin yaxın dostu, Qurbanəli Şərifzadənin oğlu Əbil: Mirzə Cəlilin vəfat etmiş bacısının oğlu Manya Dobrodeyeva: Həmidə xanımın xidmətçisinin qızı.

Bütün bu uşaqlar Molla Nəsrəddinin ikimərtəbli redaksiyasında yaşayırdılar. Cəlil Məmmədquluzadənin himayəsi ilə təhsil alan bu uşaqlar bazar günü "Molla Nəsrəddin" jurnalının bütöv şəkildə çap edilmiş səhifələrini qatlayır və üzərinə abunəçilərin ünvanlarını yazırdılar. Şeirlərini sevə-sevə oxuduqları Sabirin Tiflisə gəlməsi bu uşaqlar üçün bayram idi. Şairin ölümünə az qaldığını böyüklərdən eşidən bu uşaqlar aradabir xəlvətə çəkilib ağlayırdılar. Sabirə qulluq etməkdən ötrü əldən-ayaqdan gedirdilər. Biri paltosunu tutur, o biri ayaqqabılarını gətirirdi. Sabir su istəyəndə beşi də mətbəxə qaçırdı. Sabir ona qarşı göstərilən bu hörmətdən sıxılırdı. Yazıq Sabir ömrünün ən gözəl günlərini yaşayırdı.

Yəqin ki, Sabiri haqqıyla anlayacaq yaşa gəlməmiş, kamala çatmamışdılar.

Amma xoşxasiyyət bir adamın ölümünə az qala bir uşağın ona bu qədər hörmət göstərməsi təbii deyildimi. Sabir xəstə olduğu üçün gecələr yaşca hamısından böyük olan Əhməd onun yanında qalırdı.