“CinemaPlus”da “Playboy əməliyyatçı” filminin azərbaycan dilində nümayişi keçirilib


Kriminal 30 May 2019 18:59:00 331 0

“CinemaPlus”da “Playboy əməliyyatçı” filminin azərbaycan dilində nümayişi keçirilib

"Gənclik Mall" TM-də yerləşən "CinemaPlus" premium kinoteatrında "Cinemazadeh" studiyasının 2019-cu ildə olunmuş peşəkar dublyajı ilə "Playboy əməliyyatçı" fransız komediyasının öz dilimizdə nümayişi keçirilib.

Son.az xəbər verir ki, tədbirin təşkilində dəstək olmuşdular: "Cinemazadeh" dublyaj studiyası, Cinema Distribution.

Filmi səsləndiriblər İslam Mehrəliyev, Oksana Rəsulova, Allahverdi Yolçiyev, Emin Nəsirli, Erkin Ergin, Vüsal Həci-Qədir, Vüqar Hüseynov, Samir Ələskərov, Azadə Abbasova, Rəhim Rəhimov, Yasamən Malik, Kamilla Babayeva, Azər Aydəmir, Gülnarə Zulalova, Günel İmanova, Nicat Ələskərov, Aysun Ələskərova və Aynur Axundzadə.

Dublyajın rejissoru Samir Ələskərov, redaktoru Vüqar Hüseynov, səs rejissoru Orxan Ağalarov, səs operatoru Ağamalik Abbaszadə, post-prodakşn Rüfət Kərimzadə,  icraçı prodüsseri Əli-Səttar Quliyev, baş prodüsseri isə Cəfər Axundzadədir.

Filmin rejissoru Filipp Laşo.  Baş rollarda Filipp Laşo, Elodi Fontan və Pamela Anderson.