Şəkidə “Xaşxaş 2019” əməliyyatı


Kriminal 30 May 2019 11:14:00 304 0

Şəkidə “Xaşxaş 2019” əməliyyatı

Şəki şəhərində yabanı halda bitən çətənə kolları aşkarlanıb.

Daxili İşlər Nazirliyindən Son.az-a verilən məlumata görə, "Xaş-xaş 2019" əməliyyat-axtarış və profilaktiki tədbirlər planına uyğun olaraq şəhər ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilərin aşkar olunaraq məhv edilməsi istiqamətində növbəti əməliyyat tədbiri keçirilib.

Şəki regional qrupundan verilən məlumata görə, rayonun Öyrət kəndi ərazisində vətəndaşa məxsus 5 hektar sahənin müxtəlif yerlərində 200 ədəd yabanı halda bitmiş çətənə kolları aşkar edilib. Həmin narkotik bitkilər yandırılaraq məhv edilib.

Faktla bağlı araşdırma aparılır.


Xəbərə aid fotolar