Gecə Bakıda qan töküldü


Kriminal 29 May 2019 10:36:00 234 0

Gecə Bakıda qan töküldü

Bakıda gecə saatlarında bıçaqlanma baş verib.

Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə Bakının Yasamal rayonu, Əsəd Əhmədov küçəsində qeydə alınıb. Ailə münaqişəsi zəminində 1986-cı il təvəllüdlü Məmmədova Əfsanə həyat yoldaşı tərəfindən bıçaqlanıb.

Hazırda vəziyyəti ağır olan Ə.Məmmədova 1 saylı Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsindədir.

Qeyd edək ki, ailənin iki oğlan övladı var.