Bakıda qadına qarşı soyğunçuluq edən şəxs saxlanılıb


Kriminal 29 May 2019 08:19:00 195 0

Bakıda qadına qarşı soyğunçuluq edən şəxs saxlanılıb

Paytaxın Səbail rayonunda soyğunçuluq faktı qeydə alınıb.

Belə ki, Daxili İşlər Nazirliyindən Son.az-a verilən məlumata görə, Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində mayın 26-da Ə.Baxçalıyevanın evinə girib ona zor tətbiq edərək, içərisində 200 manat pul və pasport olan çantasını soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən Sabirabad rayon sakini E.Həsənov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.