Müsavat aksiyasına 220, Milli Şura isə 330 nəfər toplaya bilib


Siyasət 28 May 2019 19:23:00 237 0

Müsavat aksiyasına 220, Milli Şura isə 330 nəfər toplaya bilib

Bu gün Müsavat Partiyası və Milli Şura ayrı-ayrılıqda Məhəmməd Əmin Rəsulzadənin Novxanı kəndindəki heykəli önündə aksiya keçiriblər.

Son.az ONA.az-a istinadən xəbər verir ki, hər iki aksiya ilə bağlı bir həftə əvvəldən sosial şəbəkələrdə anonslar səsləndirilib.

Abşeron Rayon Polis İdarəsindən ONA-ya verilən məlumata görə, Müsavat Partiyasının aksiyasında təşkilatın rəhbərliyi və üzvlərindən ibarət 220 nəfər iştirak edib. Milli Şuranın keçirdiyi aksiyada isə Milli Şura Koordinasiya Şurasının üzvləri və AXCP-nin üzvü olan 330 nəfər iştirak edib.