Piyadanı öldürən sürücü hadisə yerindən qaçdı


Kriminal 27 May 2019 08:40:00 205 0

Piyadanı öldürən sürücü hadisə yerindən qaçdı

Hacıqabulda  ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Avtomobil piyadanı vurub.

Son.az oxu.az-a istinadən bildirir ki, hadisə Bakı-Qazax magistral yolunun Atbulaq kəndindən keçən hissəsində qeydə alınıb. 

Rayonun Qızılburun kənd sakini, 1972-ci il təvəllüdlü Nəzərov Zahid Niyyətxan oğlu yolu keçərkən naməlum avtomobil tərəfindən vurulub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində keçinib. Avtomobil sürücüsü hadisə yerindən qaçıb.

Faktla bağlı araşdırma aparılır.