Avtomobil ustaları emalatxanada


Kriminal 25 May 2019 11:05:00 207 0

Avtomobil ustaları emalatxanada

İsmayıllı rayonunda avtomobil ustaları emalatxanalarında heroinlə tutulublar.

Bu barədə Son.az-a DİN Mətbuat Xidmətindən məlumat verilib.

İsmayıllı Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən iki nəfər saxlanılıb.

Onların hər ikisi - 44 yaşlı Mehman Mehdiyev və 47 yaşlı Xəyyam Əhmədov əvvəllər də məhkum olunublar.  

Şəxsi axtarış keçirilən zaman onların üzərindən və usta olaraq işlədikləri avtomobil təmiri emalatxanalarından şprislərə doldurulmuş narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb.


Xəbərə aid fotolar