MN: Ermənistanın bütün ərazisi tamamilə Azərbaycan Ordusunun nəzarəti və müşahidəsi altrındadır


Siyasət 23 May 2019 18:21:00 238 0

MN: Ermənistanın bütün ərazisi tamamilə Azərbaycan Ordusunun nəzarəti və müşahidəsi altrındadır

Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın səsləndirdiyi fikirlərə münasibət bildirib.

Son.az bildirir ki, nazirlikdən Trend-ə verilən məlumata görə, Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın səsləndirdiyi sərsəm fikirlər gülüncdür və onun hərb işində diletant olduğunu göstərir:

"Nəinki Azərbaycanın işğal olunmuş əraziləri, hətta Ermənistanın bütün ərazisi tamamilə Azərbaycan Ordusunun bölmələrinin nəzarəti və müşahidəsi altrındadır".