Əri tərəfindən fahişəliyə məcbur edilən qadına ağır


Kriminal 22 May 2019 20:24:00 304 0

Əri tərəfindən fahişəliyə məcbur edilən qadına ağır

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Vəfa Orucovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Son.az Trend-ə istinadən bildirir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başa çatıb.

Dövlət ittihamçısı təqsirləndirilən şəxsin 16 il azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmənin növbəti iclası iyunun 7-nə təyin edilib.

İttihama görə, ötən il noyabrın 24-də Bakı şəhər sakini Rövşən Musayev paytaxtın Nərimanov rayonu ərazisindəki evindən kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib və orada ölüb.