Səfir: "QazaxıstanAzərbaycan qardaşlıq münasibətləri ölkənin yeni rəhbərliyi dövründə də dinamik inkişaf edəcək"


Siyasət 22 May 2019 18:24:00 259 0

Səfir: "QazaxıstanAzərbaycan qardaşlıq münasibətləri ölkənin yeni rəhbərliyi dövründə də dinamik inkişaf edəcək"

Qazaxıstanla Azərbaycan arasındakı yüksək səviyyəli qardaşlıq münasibətləri ölkənin yeni rəhbərliyi dövründə də dinamik inkişafını davam etdirəcək.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Qazaxıstanın Azərbaycandakı səfiri Beybit İsabayev Bakıda mətbuat konfransında deyib.

Səfir bildirib ki, Qazaxıstan beynəlxalq öhdəliklərinə sadiqdir və öz balanslaşdırılmış siyasətini milli maraqlarına uyğun olaraq davam etdirəcək:

"Qazaxıstanda prezident seçkiləri iyunun 9-da keçiriləcək. Ölkə tarixində ilk dəfə prezident vəzifəsinə qadın namizədliyini irəli sürüb. Seçkilərdə mindən çox beynəlxalq müşahidəçinin iştirakını gözləyirik. Azərbaycandan da müşahidəçilər dəvət olunub. Məlumata görə, Azərbaycan nümayəndə heyətinin tərkibində 40-dan çox nümayəndə yer alır".

O qeyd edib ki, Qazaxıstanın Bakıdakı səfirliyində vətəndaşların səs verməsi üçün 262 saylı səsvermə məntəqəsi açılacaq.