Ata 2 yaşlı qızını öldürdü


Kriminal 20 May 2019 17:44:00 215 0

Ata 2 yaşlı qızını öldürdü

Kürdəmir rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Son.az-a verilən xəbərə görə, Kürdəmir rayonunun Xırdapay kənd sakini N.Nərimanov evinin həyətindən "Mercedes" markalı avtomobillə çıxarkən darvazanın yaxınlığında dayanmış qızı, 2 yaşlı Zəhranı vurub. Nəticədə uşaq hadisə yerində ölüb.

Faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.