"Baku Fashion Expo 2019"un ilk mövsümü Bakıda baş tutacaq


Kriminal 20 May 2019 17:06:00 234 0

"Baku Fashion Expo 2019"un ilk mövsümü Bakıda baş tutacaq

Tezliklə ölkənin ən müasir moda layihəsi olan Baku Fashion Expo 2019-ın ilk mövsümü Bakıda baş tutacaq. Layihə bütün iştirakçılara azad fikirlərini ifadə etmək üçün unikal platforma imkanı yaradaraq, onlara sərgilər, qurğular, master-klasslar, moda nümayişləri və dizaynerlərin göstəriş sərgiləri (showroomlar) təqdim edəcək.

Son.az xəbər verir ki, bu mövsüm, Gianni Versace dövrünə məxsus olan özəl libaslarını Bakıda, Versace markasının xüsusi koleksiyoner olan  - Aleksandr Stefani tərəfindən nadir ekspozisiyasını təqdim edərək, sərginin bütün ziyarətçilərin yaddaşlarda həmişəlik həqq olunacaq. Sərgi Gianni'nin bütün yaradıcılığını əks etdirir. Koleksiyoner xəzinəsinə çox həssasdır, amma Bakı üçün istisna etməklə, Bakı Fashion Expo 2019-da tam hazırlanmış bir moda nümayişini keçirmək üçün razılıq vermişdir. Burada yerli koleksiyoner Natavan Əliyevaya aid olan Azərbaycan milli kostyumlarının muzey kolleksiyası ilə yanaşı, dünya şöhrətli italyan brendinin retrospektivi təqdim olunacaq.

Eyni zamanda tədbirin keçiriləcəyi Beynəlxalq Muğam Mərkəzinin podiumunda, ilk dəfə olaraq virtual reallıq və modanın unikal birləşməsinin eksperimenti keçiriləcəkdir. İzləyicilər, təsvirçi Günel Hüseynovanın Mirana Atelier Alta Moda markasının mono şousu ilə müşayiət olunan rəngli virtual reallıq təqdimatını izləyə biləcəklər.

Tədbir zamanı həm gənc, həm də tanınmış olan yerli markalar öz kolleksiyalarını təqdim edəcəklər. Bundan əlavə şou təqdimatda ulduz qonaqlar və dünyanın bir çox ölkələrindən olan dizaynerlər iştirak edəcəklər.

Tədbir HUAWEI şirkətinin dəstəyi ilə,  HUAWEI P30 markalı yeni smartfonlarını təqdim etməklə, Azərbaycan Moda Dizaynerləri Assosiasiyası tərəfindən təşkil olunub.