Bakıda böyük mağazası olan iş adamı və arvadı evində girov götürüldü VİDEO


Kriminal 20 May 2019 13:33:00 247 0

Bakıda böyük mağazası olan iş adamı və arvadı evində girov götürüldü  VİDEO

Türkiyədə məşhur iş adamı "Sarar" Şirkətlər Qrupunun prezidenti Cəmaləddin Sararın evinə basqın edilib.

Son.az baku.ws-ə istinadən xəbər verir ki, iş adamının Eskişehirdəki evinə basqın edən əli silahlı 3 maskalı şəxs əvvəlcə onun və həyat yoldaşı Zəhra Sararın əl-qolunu bağlayaraq girov götürüb. 

Dəstə üzvləri bundan sonra mənzildə olan kassadakı bütün pul və qızıl-zinət əşyalarını götürüb qaçıblar.

İş adamı polisə ifadəsində maskalı şəxslərin əcnəbi olduqlarını, Şərqi Avropa ölkələrinin dillərində danışdıqlarını bildirib. 

Basqınçılar əcnəbi olduğundan Türkiyə İnterpolu da əməliyyat-axtarış tədbirlərinə qoşulub.