Bakıda müəlliməni fotoları ilə şantaj etdilər


Kriminal 18 May 2019 14:44:00 177 0

Bakıda müəlliməni fotoları ilə şantaj etdilər

Bakıda məktəb müəlliməsini şantaj edərək ondan pul alan şəxs barəsində verilmiş hökmdən Ali Məhkəməyə şikyət edib.

Son.az News24.az-a istinadən bildirir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Cinayət Məcəlləsinin 182.2.1-ci, yəni, hədə-qorxu ilə tələb etmə - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə maddəsi ilə təqsirli bilinərək 5 müddətinə azadlıqdan məhrum edilən Zalov Yaqub Nazimoviçin apelyasiya instansiyasına şikayəti təmin edilməyib. O, işə yenidən baxılması və barəsindəki hökmün dəyişdirilməsi üçün bu dəfə Ali Məhkəməyə üz tutub.

İşə Ali Məhkəmədə hakim Gülzar Rzayevanın sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, Yaqub Zalovla birgə Səkinə Hümbətova da məhkəmədə təqsirləndirilib və onu barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. O, şərti cəza alıb və məhkəmə zalından sərbəst buraxılıb.

İttihama görə, ötən ilin martında Bakı şəhər sakini Yaqub Zalov paytaxt sakini Bəstixanım Rəhmanova (ad şərtidir) barəsində rüsvayedici məlumatlar yayacağını, onun fotolarını paylaşacağını bildirərək onu hədələyib vəq qadından 5100 manat alıb.