Federika Mogerini: “Şərq tərəfdaşlığı” Aİnin geosiyasi aləti deyil"


Siyasət 14 May 2019 18:16:00 307 0

Federika Mogerini: “Şərq tərəfdaşlığı” Aİnin geosiyasi aləti deyil"

2009-cu il mayın 7-də işə salınmış "Şərq Tərəfdaşlığı" proqramı Avropa İttifaqının geosiyasi aləti deyil.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini Brüsseldə "Şərq Tərəfdaşlığı"nın onilliyinə həsr olunmuş konfrans çərçivəsində panel müzakirələri zamanı deyib.

O bildirib ki, bu proqram geosiyasi təsir göstərmək üçün nəzərdə tutulmayıb:

"Bu proqram insanlarla və tərəfdaşlıq yanaşması ilə bağlıdır".