Nazirlik əməkdaşını qətlə yetirən şəxs KİM imiş?


Kriminal 13 May 2019 21:42:00 227 0

Nazirlik əməkdaşını qətlə yetirən şəxs KİM imiş?

Sumqayıtda Fövqəladə Hallar Nazirliyinin əməkdaşını qətlə yetirən şəxsin kimliyi məlum olub.

Son.az Trend-ə istinadən bildirir ki, qətl hadisəsini Sumqayıt şəhər sakini, 1970-ci il təvəllüdlü İbrahimov Şəmsəddin Yapon oğlu törədib.

Məlumatda bildirilir ki, Ş.İbrahimov Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional İdarəsinin həyətinə gələrək oranın işçisi Kərimov Emin Vəli oğlu ilə şəxsi münasibətlər zəminində mübahisə edib.

Mübahisə nəticəsində Ş.İbrahimov özü ilə gəzdirdiyi bıçaqla E.Kərimovun ürəyinə iki zərbə endirib. E.Kərimov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Hadisədən sonra Ş.İbrahimov könüllü olaraq polisə təslim olub.