“Tez ol, telefonu ver, yoxsa...”


Kriminal 12 May 2019 18:37:00 55 0

“Tez ol, telefonu ver, yoxsa...”

Ailə-məişət zəminində baş verən daha bir qətl hadisəsi məhkəmədə araşdırılıb. Bu dəfə müttəhimlər kürsüsündə qadın əyləşib. Ər-arvad arasındakı növbəti mübahisəyə mobil telefon səbəb olub. Həyat yoldaşını qısqanan 31 yaşlı Maarif ondan telefon işlətməməsini tələb edib. Vüsalə isə ərinin tələbi ilə razılaşmayıb və bıçaqla onu ürəyindən vurub.

Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını qətlə yetirməkdə ittiham olunan 31 yaşlı Xaçmaz rayon sakini Vüsalə Mirzəyevanın cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Son.az Virtualaz.org-a istinadən bildirir ki, qətl hadisəsi ötən il iyulun 3-də Xaçmaz rayonunun Xudat şəhərində baş verib. Vüsalə Mirzəyeva həyat yoldaşı Maarif Osmanovla ailə münaqişəsi zəminində mübahisə edib. Ər-arvad arasındakı insident qansız ötüşməyib. Dava-dalaş zamanı V.Mirzəyeva bıçaqla ərinin döş qəfəsindən zərbə endirib. Ağır dərəcəli bədən xəsarəti almış yaralı xəstəxanaya aparılarkən yolda ölüb.

Törətdiyi cinayət əməlinə görə V.Mirzəyeva barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb və Xaçmaz rayon məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib.

İstintaq yolu ilə müəyyən edilib ki, son zamanlar Vüsalə ilə həyat yoldaşı Maarif Osmanov arasında mütəmadi olaraq qısqanclıq zəminində mübahisələr yaranıb. Sonuncu belə hadisə isə ötən ilin iyulunda baş verib. Həyat yoldaşının ona məxsus telefonu əlindən almasından qəzəblənən qadın bıçaqla ona zərbə endirib.

Təqsirləndirilən Vüsalə Mirzəyeva ifadəsində qonşusu Maariflə 13 ildir ailə həyatı qurduğunu, ərinin ailə üzvləri ilə eyni həyətdə, lakin başqa-başqa evlərdə yaşadıqlarını, övladları olmadığını, bacısının uşağını övladlığa götürüb saxladıqlarını deyib. V.Mirzəyevanın ifadəsinə inansaq, Maarif xasiyyətcə sakit, söz-söhbətdən uzaq bir insan olub. Buna baxmayaraq, Vüsaləni hamıya, hətta öz doğma qardaşlarına belə qısqanıb. Maarif evdə olmayanda doğma qardaşları belə onun mənzilinə ayaq basmayıblar: "Ailəmizdəki münaqişələri həmişə qayınanam qızışdırırdı. Övladım olmadığına görə bizi ayırmaq istəyirdi. Amma ərim məni sevirdi, ailə üzvlərinin yanında müdafiə edirdi. Söz-söhbətdən bezib, iyun ayında Bakıya getdim, kirayə ev tutdum, on günə kimi orada qalıb Xətai klinikasında müalicə aldım".

V.Mirzəyeva deyib ki, rayona qayıtdıqdan sonra qayınanası onun gününü qara eləyib, Bakıya əxlaqsızlıqla məşğul olmaq üçün getməkdə suçlayıb. Öz növbəsində, Vüsalə qayınanasına uzun illərdən bəri onu tanıdığını, namaz qıldığını, hicablı qadın olduğunu söyləsə də, xeyri olmayıb: "Qayınanam mənə əxlaqsız damğası vurmağa çalışırdı. Həyatdan bezmişdim. Bircə ərimə və 8 yaşlı qızıma görə səbr edib dözürdüm. Fikirləşirdim ki, bəlkə nə vaxtsa hər şey yoluna düşər, düzələr, bu söz-söhbətlərə son qoyular".

Qətl hadisəsindən bir gün öncə Vüsalə ərinə zəng vuraraq rəfiqəsi Zümrüdün zəhərləndiyini, xəstəxanaya düşdüyünü, ona baş çəkmək üçün yanına getmək istədiyini deyib. M.Osmanov arvadına rəfiqəsigilə getməyə icazə versə də, axşam evə qayıtmağı tapşırıb. Vüsalə qızını da götürüb rəfiqəsigilə gedib. Həmin gün rəfiqəsi Vüsalədən gecəni onlarda qalmasını xahiş edib. Faciənin baş verməsinə əsas səbəblərdən biri də Vüsalənin evdə gecələməməsi olub: "Maarif əvvəl razılaşmadı. Sonra özü zəng vurub dedi ki, qal. Gecə qızımla Zümrüdgüldə qaldım. Evə qayıdandan sonra Maarif Zümrüdgildə qaldığıma görə mənə acıqlandı, aramızda dava-dalaş düşdü. Mobil telefonumu əlimdən aldı, dedi ki, gəl bundan sonra ikimiz də telefon işlətməyək, beləsi daha yaxşıdır. Dedim, bu dövrdə telefonsuz necə yaşamaq olar, telefon sənə də, mənə də lazımdır.  Bu vaxt qayınanam gəlib çıxdı. Onu görüb daha da əsəbiləşdim. Əsəblərimi cilovlaya bilmirdim. Hər şeydən bezmişdim".

Məşhurların geyimlərinin başına bu oyunu açdılar like
  • 12 May 18:25  
Digərləri Məşhurların geyimlərinin başına bu oyunu açdılar

Nyu-Yorkda baş tutan "MET Gala 2019" un səs-sədası hələ də bitm

arrow Ətraflı
Futbol bəhanəsi ilə "hədəf"ə alınmışıq like
  • 12 May 18:19  
Siyasət Futbol bəhanəsi ilə "hədəf"ə alınmışıq

Ən ucuz bilet - 74 ABŞ dolları, ən bahalı bilet - 1127 dollar. Özü də ba

arrow Ətraflı
Kıvanç da Burak kimi 2 milyon qazanacaq like
  • 12 May 18:17  
Digərləri Kıvanç da Burak kimi 2 milyon qazanacaq

Küveytdə 80 qadın pərəstişkarı ilə yemək yeyən və bundan 2 milyon lir

arrow Ətraflı
Britaniyanın ən varlıları açıqlandı: like
  • 12 May 18:03  
Digərləri Britaniyanın ən varlıları açıqlandı:

Böyük Britaniyanın ən varlı şəxsləri arasına 3 rusiyalı da daxil olub.

arrow Ətraflı
ABŞ bu ərəb ölkələrinə də "Patriot" satacaq like
  • 12 May 17:56  
Dünya ABŞ bu ərəb ölkələrinə də "Patriot" satacaq

ABŞ Konqresi Birləşmiş Ərəb Əmirlikləri və Bəhreynə ümumilikdə 6 mi

arrow Ətraflı
Yeni rekord: Okeanı qayıqla yarım ilə keçdi like
  • 12 May 17:52  
Digərləri Yeni rekord: Okeanı qayıqla yarım ilə keçdi

Rus səyyah Fyodor Konyuxov rekorda imza atmağı bacarıb.

arrow Ətraflı
Qadın jurnalist qətlə yetirildi like
  • 12 May 17:49  
Dünya Qadın jurnalist qətlə yetirildi

Əfqanıstanda qadın jurnalist Mina Manqal qətlə yetirilib.

arrow Ətraflı
Türkiyədə qanlı hadisə: like
  • 12 May 17:42  
Dünya Türkiyədə qanlı hadisə:

Türkiyənin Konya şəhərində baş verən atışmada 10 nəfər yaralanıb.

arrow Ətraflı
Azərbaycan XİN Avropa Liqasının final oyunu ilə bağlı rəsmi Britaniyaya cavab verdi: like
  • 12 May 17:37  
Siyasət Azərbaycan XİN Avropa Liqasının final oyunu ilə bağlı rəsmi Britaniyaya cavab verdi:

UEFA Avropa Liqasının mayın 29-da Bakıda keçiriləcək final oyunu ərəfə

arrow Ətraflı