“Emin 444” Lotu Qulinin dostu imiş


Kriminal 11 May 2019 14:41:00 290 0

“Emin 444” Lotu Qulinin dostu imiş

Bakıda kriminal dairələrdə "Emin 444" və "Emin Massalinksi" ləqəbləri ilə tanınan kriminal avtoritet Emin Səfərovun qətlində altı nəfər iştirak edib. 

Son.az xəbər verir ki, qətl qurbanının qardaşı Elçin Səfərov oxu.az-a verdiyi açıqlamada qətlin ehtimal olunan sifarişçisinin adını açıqlayıb. 

Qeyd edək ki, mayın 10-a keçən gecə Binəqədi rayonunda, 6-cı mikrorayonun İsrafil Həşimov küçəsində əvvəllər məhkumluğu olan Səfərov Emin Ehtiram oğlu qətlə yetirilib. Bir neçə nəfər arasında düşən davanın gedişatından E.Səfərov çoxsaylı bıçaq xəsarətləri alıb və hadisə yerində keçinib.

İlkin məlumata görə, məhkəmə tibbi ekspert müayinəsi zamanı meyitin üzərində 40-a yaxın bıçaq yarası aşkarlanıb. 7-ci polis bölməsinin (Binəqədi rayonu) əməkdaşları qətli törətməkdə şübhəli bilinən - 24 yaşlı Naxçıvan sakini Tağıyev Həsən Mərdan oğlunu saxlayıb. 

Ancaq mayın 11-də mərhumun qardaşı redaksiyaya zəng vuraraq, Emin Massalinskinin qətlinə kimin sifariş verdiyini açıqlayıb. 

Elçin Səfərovun sözlərinə görə, qətldən 10 gün əvvəl qardaşı və 6-cı mikrorayonda yaşayan sələmçi Z.Y. arasında ciddi münaqişə meydana gəlib. Z.Y. Emin Səfərovu gəncləri yoldan çıxarmasına biganə qalmayacağına xəbərdar edib. İddia olunur ki, Eminin qətlini Z. Y. sifariş edib:

"Qətl gecəsi Emin idmançı dostları ilə maşında olub. Avtomobilə Z.-nin atası Ə.Y. yaxınlaşıb və qardaşımla söhbət etmək üçün onu bir kənara çəkilməyə çağırıb. Emin hər hansı təhlükə hiss etmədiyindən, dostlarını buraxıb. O, tək qalanda üzərinə altı nəfər hücum çəkib", - Elçin Səfərov bildirib.

Zərərçəkən tərəf iddia edir ki, cinayətkarlar maşına minərək, Elçinə 78 bıçaq zərbəsi endirib. Onlar onu tros vasitəsilə boğublar. Bütün bunlar məhkəmə-tibbi ekspert rəyində də göstərilib. Bundan başqa, münaqişədə konkret şəxlərin iştirak etməsinə işarə edən "WhatsApp" yazışmalar var. 

Elçin Səfərovun bildirdiyinə görə, yalnız bir nəfər saxlanılıb, qalan qətl iştirakçıları isə azadlıqdadır. O əmin edir ki, bir neçə şəxsin qətldə iştirak etməsi faktını təsdiq edə biləcək şahidlər var.