Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt imkan verməz ki, antimilli, xəyanətkar ünsürlər Azərbaycanda nə isə əldə etsinlər"


Siyasət 11 May 2019 01:29:00 90 0

Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt imkan verməz ki, antimilli, xəyanətkar ünsürlər Azərbaycanda nə isə əldə etsinlər"

Azərbaycan xalqı heç vaxt imkan verməz ki, antimilli, xəyanətkar ünsürlər Azərbaycanda nə isə əldə etsinlər.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev mayın 10-da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə və Heydər Əliyev Fondunun yaradılmasının 15 illiyinə həsr olunmuş təntənəli mərasimdə çıxışı zamanı deyib.

Dövlət başçısı qeyd edib ki, 1992-ci ildə hakimiyyəti qanunsuz yollarla zəbt etmiş AXC-Müsavat cütlüyü ölkəmizi, gənc, müstəqil dövləti uçuruma aparırdı:

"Xaos, anarxiya, özbaşınalıq, total böhran hökm sürürdü, talançılıq, rüşvətxorluq baş alıb gedirdi, ölkə idarəolunmaz vəziyyətə düşmüşdü. Siyasi, iqtisadi, hərbi böhran gənc dövlətin dayaqlarını sarsıdırdı. Azərbaycan xalqı bu xəyanətkar hakimiyyətə bir il dözə bildi. Bir ildən sonra onlar tarixin arxivinə göndərildi. O vaxt torpaqlarımız işğal altına düşdü. Şuşa, Laçın, Kəlbəcər rayonlarının işğal altına düşməsi Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi əlaqə yaratdı".

Prezident İlham Əliyev bildirib: "Yadımıza 1990-cı illərin əvvəllərini salaq. Nələr baş verirdi? Azərbaycan idarəolunmaz vəziyyətdə idi, Azərbaycan müstəqil siyasət apara bilmirdi. Müxtəlif çaxnaşmalar, toqquşmalar ölkəmizi tamamilə iflic vəziyyətə salmışdı. Bundan istifadə edən Ermənistan torpaqlarımızı zəbt etdi. Əgər o vaxt Azərbaycanda sabitlik olsaydı və əgər o vaxt Heydər Əliyev kimi şəxsiyyət Azərbaycanın rəhbəri olsaydı, heç vaxt torpaqlarımız işğal altına düşə bilməzdi. Ona görə biz bilməliyik ki, sabitliyin mövcudluğu Azərbaycanın, gənc nəslin xoşbəxt gələcəyidir. Bir daha demək istəyirəm ki, Azərbaycanda sabitlik möhkəm qorunur. Düzdür, bəzi cəhdlər göstərilir, tam iflasa düçar olmuş bəzi qruplaşmalar, hansılar ki, Azərbaycanı 1990-cı illərdə bərbad vəziyyətə qoydular, həmin dəstələr yenə də nə isə əldə etməyə çalışırlar. İndi onların mübarizə üsulu yalan, şər, böhtan, uydurma, iftiradır. Onların bundan başqa mübarizə üsulu yoxdur və müxtəlif media vasitələrindən istifadə edərək ölkəmizə qara yaxırlar. Həm ölkə daxilində, həm də xaricdə çox eybəcər bir mənzərə yaratmağa çalışırlar. Azərbaycan xalqı onları yaxşı tanıyır. Məhz onlar Azərbaycanı bərbad vəziyyətə qoydular, onlar ölkəmizi dağıtdılar, onlar vətəndaş müharibəsinə start verdilər, qardaş qanı tökdülər. Azərbaycan xalqı müdrik xalqdır və hər şeyi yaxşı bilir".

Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, madditexniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq" like
  • 11 May 01:21  
Siyasət

Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndiri

arrow Ətraflı
Mədəni irs sahəsində pilot layihə təqdim olunacaq (FOTO) like
  • 11 May 01:16  
Digərləri Mədəni irs sahəsində pilot layihə təqdim olunacaq (FOTO)

Mədəniyyət Nazirliyinin yanında Mədəni İrsin Qorunması, İnkişafı və

arrow Ətraflı
Prezident İlham Əliyev: Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq like
  • 11 May 01:09  
Digərləri

Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndiri

arrow Ətraflı
İki yeni Google smartfonu təqdim olunub like
  • 11 May 00:37  
Digərləri İki yeni Google smartfonu təqdim olunub

"Google" şirkəti "Google I/O 2019" proqram tərtibatçıla

arrow Ətraflı
İlk ikiekranlı planşet təqdim olunacaq like
  • 11 May 00:35  
Digərləri İlk ikiekranlı planşet təqdim olunacaq

"Epad" şirkəti iki ekrana malik ilk "Epad X" planşetinin

arrow Ətraflı
Emilinin çılpaq şəkillərini çəkdirdiyi lüks evi  FOTO like
  • 11 May 00:15  
Digərləri Emilinin çılpaq şəkillərini çəkdirdiyi lüks evi FOTO

Məşhur model Emili Ratakovskinin lüks evinin fotoları yayılıb.

arrow Ətraflı
Mədəniyyət Nazirliyinin kollektivi ümummilli liderin məzarını ziyarət edib (FOTO) like
  • 11 May 00:14  
Digərləri Mədəniyyət Nazirliyinin kollektivi ümummilli liderin məzarını ziyarət edib (FOTO)

Mədəniyyət Nazirliyinin, nazirlik yanında Mədəni İrsin Qorunması, İnki

arrow Ətraflı
Günün qoroskopu:Mövqeləriniz möhkəm deyil like
  • 11 May 00:01  
Digərləri Günün qoroskopu:Mövqeləriniz möhkəm deyil

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı