“Yaradanlar və yaşadanlar” layihəsi uğurla davam edir


Kriminal 09 May 2019 15:43:00 267 0

“Yaradanlar və yaşadanlar” layihəsi uğurla davam edir

Beynəlxalq Muğam Mərkəzində möhtəşəm "Yaradanlar və yaşadanlar" layihəsi uğurla davam  edir.

Son.az bildirir ki, "Yaradanlar və yaşadanlar" layihəsi çərçivəsində keçirilən konsert məşhur bəstəkar, Xalq artisti Səid Rüstəmovun yaradıcılığına həsr olunmuşdu.

Tədbir Azərbaycan Televiziyası "Mədəniyyət" kanalının və Beynəlxalq Muğam Mərkəzinin birgə layihəsi çərçivəsində, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilmişdi.

Konsertdə  Əməkdar artistlər Nuriyyə Hüseynova - "Getmə, getmə", Bəyimxanım  Vəliyeva - "Gümüş telli",  Ehtiram Hüseynov - "Haralısan", Səbuhi İbayev  -"Bilmədim",  Azərbaycan Televiziyası və Radiosunun solistləri - Rəvanə Əmiraslanlı -"Gəlmədin",  Zabitə Əliyeva - "Qurban adına", Ayşən Mehdiyeva - "İntizar" və müğənni Vüqar Əliyev -"Hardasan" mahnılarını ifa etdilər.

Konsertin son nömrəsi olan  "Maralım gəl" mahnısı Bəyimxanım Vəliyeva, Ayşən Mehdiyeva və Rəvanə Əmiraslanlının birgə ifasında səsləndi.

İfaçıları  Xalq artisti Ağacəbrayıl Abasəliyevin bədii rəhbərliyi altında "Səadət" instrumental ansamblı müşayiət edirdi.