Prokuror ərarvada 16,6 il cəza istədi


Kriminal 08 May 2019 15:17:00 215 0

Prokuror ərarvada 16,6 il cəza istədi

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Ellada Babayeva və onun həyat yoldaşı Emil Babayevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror çıxışında E.Babayevin 9 il, E.Babayevanın isə 7 il 6 ay azadlıqdan məhrum edilməsini istəyib.

Dövlət ittihamçısı təklif edib ki, onların 2013 və 2015-ci il təvəllüdlü iki azyaşlı övladının olması, həmçinin E.Babayevanın hamilə olması yüngülləşdirici hal kimi nəzərə alınsın. Uşaqlar hər iki valideynin qayğısından məhrum olmasın deyə, E.Babayevanın cəzası 2015-ci il təvəllüdlü qızı 14 yaşına çatana qədər təxirə salınsın.