Heydər Əliyev Sarayında Ulu Öndərin anadan olmasının 96cı ildönümü münasibəti ilə anım tədbiri


Siyasət 07 May 2019 15:22:00 232 0

Heydər Əliyev Sarayında Ulu Öndərin anadan olmasının 96cı ildönümü münasibəti ilə anım tədbiri

Heydər Əliyev Sarayında Ulu Öndərin anadan olmasının 96-cı ildönümü münasibəti ilə anım tədbiri keçirilib.

Son.az xəbər verir ki, sarayın kollektivi görkəmli dövlət xadimi, dünyamiqyaslı siyasətçi Heydər Əliyevi dərin hörmət və ehtiramla yad ediblər.

Heydər Əliyev Sarayının direktoru, "Şöhrət" ordenli Əməkdar Mədəniyyət İşçisi Fərhad Babayev çıxışında Ümummilli liderin Azərbaycan dövləti və xalqı qarşısındakı əvəzsiz və misilsiz xidmətlərindən, xalqımızı bir millət kimi tarixin ağır və sərt sınaqlarından çıxarmasından, şərəfli həyat yolundan, mədəniyyət və incəsənətimizin inkişafı istiqamətində həyata keçirdiyi tədbirlərdən bəhs edib. O, Ulu Öndərin səmərəli fəaliyyəti sayəsində müstəqilliyimizin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması, ölkəmizin dinamik iqtisadi inkişafı, onun beynəlxalq nüfuzunun sürətlə artmasından, dövlətimizdə sabitliyin və təhlükəsizliyinin hərtərəfli təmin olunması istiqamətində gördüyü işlərin əhəmiyyətindən danışıb.

Sonda mərasim iştirakçıları müdrik rəhbər Heydər Əliyevin həyatı, fəaliyyəti, dövlət quruculuğunda misilsiz xidmətləri, düşünülmüş və məqsədyönlü siyasəti, dövlətimizin tarixində müstəsna xidmətlər göstərməsi barədə geniş məruzə ilə çıxış edərək dahi şəxsiyyətlə bağlı xatirələrini bölüşüblər.

Tədbirdən sonra Heydər Əliyev Sarayının kollektivi Fəxri xiyabana gələrək Ümummilli Liderin məzarını ziyarət ediblər.