“İpək yolunda Qobustan. İncilərin rəqsi” qeyim kolleksiyasının nümayışı kecirilib FOTO


Kriminal 07 May 2019 15:19:00 271 0

“İpək yolunda Qobustan. İncilərin rəqsi” qeyim kolleksiyasının nümayışı kecirilib  FOTO

May ayının 3-də Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti  Qobustan Milli Tarixi-Bədii Qoruğunun təşkilatçılığı və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti Aysel Əzizovanın rəhbərliyi  ilə "İpək yolunda Qobustan. İncilərin rəqsi" qeyim kolleksiyasının nümayışı kecirilib.

2000 il ərzində Qərblə Şərqi birləşdirən Böyük İpək yolunun bərpa təşəbbüsünü dəstəkləyən bu layihə ADMİU-nun Dizayn və Dekorativ-təbiqi sənət kafedrasının dosenti Aysel Əzizovanın rəhbərliyi ilə Geyim dizaynı ixtisaslaşması üzrə təhsil alan II, III,IV təhsil ilinin tələbələri tərəfindən hazırlanan 40 geyim nümunələrində öz əksini tapıb.

İncilər qismində təqdim olunan modellər İpək yolunda tarixən mövcud olan mədəniyyətlərin ortaq rimlərinə, məqamlarına əsaslanır. Ümumi konsept ənənəvi formaların müasir modada interpretasiyasıdır. Burada üç mövzunun vəhdəti əks olunub. Bədii məkan olaraq Çin, Azərbaycan, Osmanlı Türkiyəsi seçilmişdir. Gələçək modelyerlərimiz Böyük İpək yolunda yerləşən her bir mədəniyyətə məxsus ənənəvi inciləri - çıçək simvollarını, Çinin pionunu, Osmanlı laləsini və, Azərbaycanın Xarı bülbülünü leytmotiv qismində istifadə edərək, onların çalarlarını, formalarını təqdim etdikləri qeyimlərdə canlandırıblar.

Nümayişı yekunlaşdıran və üç kolleksiyanı birləşdirən mövzu isə Qobustandır. Tələbələr son kolleksiyanı işləyərkən, dəri, xəz, kətan materiallarından istifadə ediblər. İbtidai dövrün universallığı, sinkretikliyi amilinə əsaslanaraq, burada geyimin formalaşmasının ümumbəşər prinsipləri tətbiq edilib. İbtidai üslub zamandan asılı olmayaraq aktualdır və daim dizaynerlərin təxəyyülünü qıcıqlandırır, dünyagörüşünün ekoloji aspektlərinə, vizual brutallığa, və həttə gender rollarının təbiətinə olan meylləri açıqlayır.  Sadə biçimlər, bilərəkdən işlənən səliqəsizlik, kobudluq,  assimmetrik formalar, xəz və dərinin ibtidai fakturası paleolitik assosiasiasiyalar oyadır. Qeyd olunan meyllər hippi submədəniyyətində xüsusi yer alıb, 1990-cı illərdən isə dünya moda sənayəsində tətbiq edilmışdır. Belə ki, 1994-cı ildə Vivyen Vestvud xəzdən hazırlanmış bikinini podiumda təqdim etməklə, moda dünyasına yenilik gətirmişdir. "İpək yolunda Qobustan. İncilərin rəqsi" kolleksiyasısında qaya rəsmlərinin tanınan simaları, Yallı, Yeddi gözəl, qayıqlar motivləri, Günəş rəmzləri incə fakturalı materialların, ipəklərin, şifonun üzərində interpretasiya edilmışdır. Aparıcı aksentlər aksesuarlara, xüsusi ilə baş qeyimlərinə, qrim və döymə elementlərinə yönəlmışdır. Burada zoomofr, fentezi, horror üslublarının elementləri tətbiq edilib. Qayaların fonunda izlənən nümayış təbii vəhdət  və eyni zamanda futuristik təəsüratlar yaradaraq, qoruğun qonqaları, turistlər tərəfindən maraqla qarşılanıb.