Bakıda gizli eşq yaşayan qadının başına oyun açdılar


Kriminal 07 May 2019 13:35:00 230 0

Bakıda gizli eşq yaşayan qadının başına oyun açdılar

Bakının Səbail rayonu sakinindən şantaj yolu ilə 13 min manat alınıb.

Son.az xəbər verir ki, bu barədə oxu.az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

57 yaşlı P.İ. rayon prokurorluğuna müraciət edərək 2017-ci ilin aprel ayından 2019-cu ilin aprel ayına kimi tanışı - Biləsuvar rayon sakini 51 yaşlı A.İ. tərəfindən şantaj edildiyini bildirib.

Şikayət ərizəsinə görə, A.İ. qadını gizli eşq macərasını hər kəsə danışacağı ilə hədələyib. Yalnız pul müqabilində susmağa razılaşıb. Əvvəl zərərçəkən dələduzun şərtini qəbul etsə də, çox keçmədən səhvə yol verdiyini anlayıb.

Sirrin saxlanılmasına görə tələb olunan məbləğlər getdikcə artıb. Qadın bunun sonunun olmayacağını başa düşüb və prokurorluğa şikayət ərizəsi ilə müraciət edib.