Bakıda həyat yoldaşını öldürməyə cəhd edən şəxsə 7 il 10 ay cəza verildi


Kriminal 06 May 2019 19:44:00 230 0

Bakıda həyat yoldaşını öldürməyə cəhd edən şəxsə 7 il 10 ay cəza verildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Rəcəb Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 7 il 10 ay azadlıqdan məhrum edilib.

İttihama görə, ötən il Bakının Zığ qəsəbəsində R.Məmmədov münaqişə zəminində həyat yoldaşı Günel Məmmədovanı bıçaqlayıb.