Arvadını Salyandan gətirməyə getdi,


Kriminal 06 May 2019 17:49:00 194 0

Arvadını Salyandan gətirməyə getdi,

Salyan rayonunda adam bıçaqlamaqda təqsirli bilinən 1990-cı il təvəllüdlü Niftəli Eyvazovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Son.az Teleqraf.com xəbər verir ki, o, qayınatası Natiq Qasımovun evində olan və hadisədən bir neçə gün əvvəl onunla dava edərək küsüb getmiş arvadını geri qaytarmaq qərarına gəlib.

Bu məqsədlə o, atası Elman Eyvazovla birlikdə özünün "Mercedes" markalı avtomaşınında qayınatasının Salyan rayonu Qarabağlı kəndində yerləşən evinə gedib.

Evin həyətində mübahisə baş verib. Qayınatası Natiq Qasımov və oğlu Miryusif onu döyüb, yerə yıxaraq müxtəlif dərəcəli yüngül bədən xəsarəti yetiriblər.

Əsəbiləşmiş Niftəli Eyvazov qayınatasını yerə yıxıb, ona çoxsaylı xəsarətlər yetirib.

Daha sonra bıçaqla Natiq Qasımovun qarın və digər bədən nahiyələrinə çoxsaylı zərbələr vurub.

Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.

İstintaq orqanı tərəfindən Niftəli Eyvazovun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.