Bakıda futbolçunun ölümündə təqsirli bilinənə HÖKM OXUNDU


Kriminal 06 May 2019 14:49:00 351 0

Bakıda futbolçunun ölümündə təqsirli bilinənə HÖKM OXUNDU

Bakıda iki nəfərin ölümünə səbəb olan sürücü Fəxrəddin Bəşirovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Son.az teleqraf.com-a istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.

Fəxrəddin Bəşirov 9 il müddətinə azadlıqdan məhrum edilib.

Bundan əvvəl keçirilən prosesdə prokuror Fəxrəddin Bəşirovun 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini təklif etmişdi.

Qeyd edək ki, ötən il oktyabrın 2-də, saat 10 radələrində Sumqayıt şəhər sakini Fəxrəddin Bəşirov idarə etdiyi "İsuzu" markalı 90-XU-233 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Binəqədi rayonu, Novxanı qəsəbəsi, Dəniz Kənarı küçəsində hərəkətdə olarkən yolu keçmək istəyən 2004-cü il təvəllüdlü Ayxan Qasımov və Rasim Bayramovu vurub.

Onlar aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.