Elman Məmmədov: "Əli İnsanov kimi keçmişi olanın insan hüquqlarını qoruyacağını bəyan etməsi gülüncdür"


Siyasət 04 May 2019 14:24:00 282 0

Elman Məmmədov: "Əli İnsanov kimi keçmişi olanın insan hüquqlarını qoruyacağını bəyan etməsi gülüncdür"

Millət vəkili Elman Məmmədov bu ilin martın 16-da Prezident İlham Əliyevin imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncamı ilə azadlığa çıxan sabiq səhiyyə naziri Əli İnsanovun "Amerikanın səsi" radiosunda səsləndirdiyi əsassız açıqlamaya münasibət bildirib.

Son.az xəbər verir ki, E.Məmmədov Trend-ə açıqlamasında deyib ki, insan hüquqlarını qoruyacağı və rüşvətə qarşı mübarizə apacağını bəyan edən sabiq səhiyyə naziri Əli İnsanov elə öz keçmişinə nəzər salsa, hər şey ona aydın olar:

"Əli İnsanov səhiyyə naziri işlədiyi vaxtlarda qanunsuz yolla əldə etdiyi milyonlarla regionun ən zəngin adamlarından birinə çevrilmişdi. Həmin vəzifədə cinayətkar yolla var-dövlət qazanmışdı".

Millət vəkilinin sözlərinə görə, Əli İnsanov unutmamalıdır ki, nəyə görə həbs olunub:

"O, rüşvətxorluq və qeyri-qanuni yolla əldə etdiyi sərvətə görə tutulub. Belə bir keçmişi olan adamın indi insan hüquqlarını qoruyacağını bəyan etməsi çox gülüncdür. Mənə belə gəlir ki, Azərbaycan xalqı müdrik xalqdır, ağı qaradan seçməyi bacarır. Azərbaycan xalqı yaxşı bilir ki, Əli İnsanov kimdir. Onun bu düşüncəsi də səhvdir ki, kimlərsə onun arxasınca gedəcək. Onun arxasınca elə öz əqidəsində olanlar, nankorluq edənlər gedə bilər. Məncə, Əli İnsanov indi yeni bir quyu qazmağa başlayıb. Qoy qazsın, bir az da dərin qazsın, onsuz da axırda özü həmin quyuya düşəcək".

E.Məmmədov vurğulayıb ki, Azərbaycan xalqı Əli İnsanovun əvvəllər törətdiyi cinayət əməllərini unutmayıb və o, yenə də səhv yoldadır.