Sumqayıt sakinindən narkotik götürüldü


Kriminal 03 May 2019 17:19:00 237 0

Sumqayıt sakinindən narkotik götürüldü

Sumqayıt sakinindən narkotik götürülüb.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətindən Son.az-a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında Sumqayıt şəhəri ərazisində əməliyyat tədbiri keçiriblər. Nəticədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini Asif İbrahimov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 10 qrama yaxın heroin aşkar edilib.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun yaşadığı evdən isə əlavə olaraq 401qramdan artıq heroin və elektron tərəzi aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb.