“İlham Əliyev. İnkişaf məqsədimizdir” çoxcildliyinin 83cü kitabı çapdan çıxıb


Siyasət 02 May 2019 17:47:00 67 0

“İlham Əliyev. İnkişaf  məqsədimizdir” çoxcildliyinin 83cü kitabı çapdan çıxıb

Heç bir ölkə sabitlik olmadan inkişaf edə bilməz. Bu gün biz görürük ki, dünyanın müxtəlif yerlərində sabitlik pozulanda nə investisiyalar gəlir, nə sosial rifah artır. Ümumiyyətlə, ölkələrin taleyi çox acı olur. Azərbaycanda sabitliyin təminatçısı isə Azərbaycan xalqıdır. Məhz xalq-iqtidar vəhdəti bu sabitliyi şərtləndirir. Bu vəhdət imkan verir ki, biz uzunmüddətli inkişaf strategiyamızı planlaşdıraq. Bu, imkan verir ki, bu gün Azərbaycana milyardlarla dollar xarici sərmayə qoyulur və Azərbaycan xalqı rahat, əmin-amanlıq, təhlükəsizlik şəraitində yaşayır. Ona görə bundan sonra da biz elə işləməliyik ki, Azərbaycan daim inkişaf etsin. Mən şübhə etmirəm ki, Azərbaycanda bundan sonra da ictimai-siyasi sabitlik təmin olunacaqdır.

Son.az Trend-ə istinadən xəbər verir ki, "İlham Əliyev. İnkişaf - məqsədimizdir" çoxcildliyinin yenicə çapdan çıxmış 83-cü kitabında yer alan bu fikirlər dövlətimizin başçısının 2017-ci il noyabrın 14-də Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illiyinə həsr olunmuş təntənəli yubiley mərasimində söylədiyi nitqindən götürülüb.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin növbəti kitabındakı materiallar 2017-ci ilin oktyabr-noyabr aylarını əhatə edir.

Kitaba Prezident İlham Əliyevin MDB Dövlət Başçıları Şurasının Soçi şəhərində keçirilən iclasında, İstanbulda D-8 IX Zirvə görüşündə, Azərbaycan, İran və Rusiya liderlərinin Tehranda keçirilən Zirvə görüşündə çıxışlarının və presidentlərin mətbuata bəyanatlarla çıxışlarının, Belçikaya işgüzar səfəri zamanı "Şərq tərəfdaşlığı" Sammitinin plenar iclasında "Avropa İttifaqı ilə tərəfdaşlıq Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir" mövzusunda çıxışının mətnləri daxil edilib.

Nəşrdə dövlətimizin başçısının Azərbaycana səfərə gəlmiş Bolqarıstan Prezidenti ilə görüşü barədə informasiya, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü, iki ölkə arasında sənədlərin imzalanma mərasimi barədə məlumatlar, dövlət başçılarının mətbuata bəyanatlarla çıxışlarının mətnləri yer alıb.

Azərbaycan Prezidenti bütün görüş və danışıqlarda diqqəti Ermənistanın işğalçılıq siyasətinə yönəldib, dünya ictimaiyyətini Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həllinə dəstək verməyə çağırıb.

Çoxcildliyin 83-cü kitabında Prezident İlham Əliyevin Polşa, Ukrayna, İran, Monteneqro, İtaliya, Braziliya, Qazaxıstan və digər dövlətlərin, Avropa İttifaqı, ATƏT, Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurası və NATO-nun ölkəmizə səfər etmiş yüksəkvəzifəli şəxslərini, MDB Sərhəd Qoşunları Komandanları Şurasının Bakıda keçirilən 78-ci iclasının iştirakçılarını qəbul etməsinə dair materiallar toplanıb.

Oxucular bu nəşrdə dövlətimizin başçısının Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında, Azərbaycanda 2 milyardıncı ton neftin hasil olunması münasibətilə keçirilən təntənəli mərasimdə söylədiyi nitqlərin, Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasimində çıxışının, Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı ilə bağlı "Euronews" telekanalının Azərbaycan və Türkiyə prezidentləri və Gürcüstanın Baş naziri ilə müsahibəsinin mətnləri ilə tanış ola bilərlər.

Kitaba, həmçinin Prezident İlham Əliyevin şahmat üzrə Avropa komanda çempionatının qaliblərindən ibarət nümayəndə heyəti ilə görüşündə çıxışının mətni, Bakı Metropoliteninin 50 illik yubileyinə həsr olunmuş mərasimin, Uşaqların IV Ümumrespublika Forumunun iştirakçılarına müraciətlərinin mətnləri, ayrı-ayrı ölkələrin dövlət başçılarına məktubları daxil olunub.

Dövlətimizin başçsının Gəncə şəhərinə, Abşeron, Tərtər və Ağcabədi rayonlarına səfərləri, bölgələrdə iqtisadi, sosial, mədəniyyət obyektlərinin açılışlarında iştirakına, ictimaiyyət nümayəndələri ilə görüşlərinə dair materiallarla da bu kitabda tanış olmaq mümkündür.

Kitabda "Qeydlər", "Şəxsi adlar", "Coğrafi adlar" göstəriciləri verilib.

"Azərnəşr" tərəfindən buraxılan 83-ci kitabın hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.

Azərbaycan səfirliyində nikah mərasimi (FOTO) like
  • 02 May 17:45  
Digərləri Azərbaycan səfirliyində nikah mərasimi (FOTO)

Macarıstanda təhsil alan azərbaycanlı tələbələrin sayı 600 nəfərə ya

arrow Ətraflı
“Azərbaycan Moda Həftəsi”ndə iddialı geyimlər like
  • 02 May 17:41  
Digərləri “Azərbaycan Moda Həftəsi”ndə iddialı geyimlər

Ötən gün Daş salnamə muzeyində "Azerbaijan Fashion Week"in (Azə

arrow Ətraflı
Prezident İlham Əliyev Yaponiya imperatorunu təbrik edib like
  • 02 May 17:38  
Siyasət Prezident İlham Əliyev Yaponiya imperatorunu təbrik edib

Prezident İlham Əliyev Yaponiyanın İmperatoru Naruhitoya təbrik məktubu g

arrow Ətraflı
Prezident İlham Əliyev Yaponiya imperatorunu təbrik edib like
  • 02 May 17:35  
Digərləri Prezident İlham Əliyev Yaponiya imperatorunu təbrik edib

Prezident İlham Əliyev Yaponiyanın İmperatoru Naruhitoya təbrik məktubu g

arrow Ətraflı
Ağdaşda zəhərlənənlər xəstəxanadan evə buraxılıblar like
  • 02 May 17:34  
Digərləri Ağdaşda zəhərlənənlər xəstəxanadan evə buraxılıblar

Ağdaş rayonunda baş vermiş zəhərlənmə hadisəsindən zərərçəkən xə

arrow Ətraflı
Fransadan gəlib Şamaxıda ferma açdı like
  • 02 May 17:29  
Digərləri Fransadan gəlib Şamaxıda ferma açdı

41 yaşlı Siril Kərim Rabbatli Fransadan Şamaxının Kələxana kəndinə pə

arrow Ətraflı
İstanbulda Türkiyənin ən böyük məscidi açılacaq like
  • 02 May 17:28  
Digərləri İstanbulda Türkiyənin ən böyük məscidi açılacaq

Mayın 3-də İstanbulda cümə namazı zamanı yeni Böyük Çamlıca məscidin

arrow Ətraflı
Məktəb çantalarının ağırlığı problemini həll etmək üçün like
  • 02 May 17:24  
Digərləri Məktəb çantalarının ağırlığı problemini həll etmək üçün

Azərbaycanda şagirdlərin məktəb çantalarının ağırlığı probleminin h

arrow Ətraflı
Dəfnlərin vahid dövlət reyestri aparılacaq like
  • 02 May 17:21  
Siyasət Dəfnlərin vahid dövlət reyestri aparılacaq

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Ailə Məcəlləsində v

arrow Ətraflı