Namus üstündə qan tökən şəxs


Kriminal 02 May 2019 15:05:00 231 0

Namus üstündə qan tökən şəxs

Cinayət məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə məhkum olunan Əli Xanbaba oğlu Əliyev Ali Məhkəməyə müraciət edib.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, məhkum olunan şəxsin müraciəti ilə bağlı məhkəmə baxış iclası iyun ayının 4-də hakim Fərhad Kərimovun sədrliyi ilə keçiriləcək. Qeyd edək ki, hadisə 2017-ci ilin aprel ayında Cəlilabad rayonunun Sərhədabad kəndində qeydə alınıb. 

Kənd sakini Əli Əliyev həmkəndlisi Nemət Aslanovu çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirib. İlkin ehtimala görə, hadisə namus üstündə baş verib. Əli Əliyev qətli törətdikdən sonra könüllü polisə gələrək təslim olub. Faktla bağlı Cəlilabad rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.