Azərbaycan və Türkiyənin müdafiə nazirləri görüşüb


Siyasət 01 May 2019 13:55:00 204 0

Azərbaycan və Türkiyənin müdafiə nazirləri görüşüb

İstanbulda səfərdə olan Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov mayın 1-də Türkiyəli həmkarı Hulusi Akar ilə görüşüb.

Müdafiə Nazirliyindən Son.az-a verilən məlumata görə, görüşdə ölkələrimiz arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri, regionda sabitliyin təmin edilməsində Azərbaycan Ordusunun və Türkiyə Silahlı Qüvvələrinin rolu müzakirə olunub.

Tərəflər hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əməkdaşlıq, birgə təlimlərin keçirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıblar.