“Gənclərin zövqünü heç kim düzəldə bilməyəcək”


Kriminal 30 Apr 2019 15:42:00 232 0

“Gənclərin zövqünü heç kim düzəldə bilməyəcək”

Xalq artisti Nəzakət Teymurova "MTV Azərbaycan"da yayımlanan "Söhbətsiz" verilişinin qonağı olub.

Son.az axşam.az-a istinadən bildirir ki, xanəndə maraqlı açıqlamaları ilə diqqət çəkib:

"Oxumağıma qadağa qoyulmuşdu. Qardaşlarım ifaçı olmağımı istəmirdilər. Ona görə energetika üzrə təhsil aldım, daha sonra məqsədimə çatdım. Özümə qadağalarım var. Müəyyən yaşdan sonra ifa etməyəcəm. Səhnə gəncliyi sevəndir. Bəzi şeylər var ki, onları qəbul etmirəm".

"Bir neçə il sonra gənc nəslin zövqünü heç kim düzəldə bilməyəcək. Çünki onların qulaqlarını bugünkü bayağı ifaçılar çox korlayıblar. Bir mahnı verirlər, baxırsan ki, biabırçılıqdır", - Teymurova bayağı ifaçılardan söz açıb.