“AZERBAIJAN GOLDEN KIDS AWARDS 2019” II uşaq mükafatlandırma mərasiminin yeni nominantları kimlərdir? VİDEO FOTO


Kriminal 27 Apr 2019 17:15:00 447 0

“AZERBAIJAN GOLDEN KIDS AWARDS 2019” II uşaq mükafatlandırma mərasiminin yeni nominantları kimlərdir?  VİDEO  FOTO

Azərbaycan Könüllülər İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən "AZERBAIJAN GOLDEN KIDS AWARDS 2019" layihəsində nominantlığını irəli sürən iştirakçılar artq bəllidir. Belə ki, incəsənətin bir çox sahələrindən uşaqlar bu illər ərzində əldə etdiyi uğurlara görə layihədə "GOLDEN KIDS AWARDS 2019" mükafatını alacaqlar.

Layihə rəhbəri Azərbaycan Könüllülər İctimai Birliyinin Mədəniyyət və İncəsənət Departamentinin sədri Ülviyyə Bəbirlinin sözlərinə görə layihədə 36 nominasiya üzrə istedadlı uşaqlar iştirak edəcək. Layihənin qala gecəsində bu uşaqları tanımayanlar da tanıyacaq. Azərbaycanın tanınmış simaları, aktyor, müğənni, rejissor və s. nominantları səhnədə mükafatlandıracaqlar.  Bu da öz növbəsində balaca istedadlara böyük motivasiya verir.

Artıq ikinci ildir ki, tərəfdaşı Nizami Kino Mərkəzi olan "AZERBAIJAN GOLDEN KIDS AWARDS 2019" layihəsi  1 iyun uşaqların beynəlxalq müdafiəsi gününə həsr olunur.

Layihənin keçirilməsində məqsəd 5-16 yaşadək olan inkişafına və peşə bacarıqlarının üzə çıxmasına dəstək olmaqdır.

Aşağıdakı nominasiyalar üzrə qaliblər mükafatlandıracaqlar:

Ən yaxşı rəssam Ən yaxşı vokal ifaçı Ən yaxşı pop ifaçı Ən yaxşı estrada ifaçısı Ən yaxşı model Ən yaxşı pianoçu Ən yaxşı skripka ifaçısı Ən yaxşı uşaq xoru Ən yaxşı rəqs ansamblı Ən yaxşı rəqqas Ən yaxşı aktyor Ən yaxşı aktrisa Ən yaxşı aparıcı Ən yaxşı kikbokçu Ən yaxşı uşaq xoru Ən yaxşı uşaq klipi Ən yaxşı balaca jurnalist Ən yaxşı qanun ifaçısı Ən yaxşı klarnet ifaçısı

Layihənin əsas tədbiri, təntənəli Qala gecəsi  may ayına təsadüf edəcək və Nizami Kino Mərkəzində baş tutacaq.