Prezident İlham Əliyev: "Biz enerji resurslarımızdan xalqımızın mənafeyi naminə istifadə etmişik, edirik və davamlı inkişafa nail olmuşuq"


Siyasət 27 Apr 2019 14:29:00 75 0

Prezident İlham Əliyev: "Biz enerji resurslarımızdan xalqımızın mənafeyi naminə istifadə etmişik, edirik və davamlı inkişafa nail olmuşuq"

Biz enerji resurslarımızdan xalqımızın mənafeyi naminə istifadə etmişik, edirik və davamlı inkişafa nail olmuşuq.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev aprelin 27-də Pekində ikinci "Bir kəmər, bir yol" Beynəlxalq Əməkdaşlıq Forumunun "BMT-nin 2030-cu il Gündəliyini həyata keçirmək üçün yaşıl və dayanıqlı inkişafın təşviqi" mövzusuna həsr olunan üçüncü sessiyasında çıxışı zamanı deyib.

Prezident vurğulayıb ki, Azərbaycan və Çin tərəfdaş ölkələrdir. Dövlətimizin başçısı 2015-ci ildə Çinə dövlət səfəri zamanı "İpək Yolu İqtisadi Kəməri"nin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumunun imzalandığını qeyd edib.

İlham Əliyev bildirib ki, Azərbaycan infrastrukturun inkişafına mühüm əhəmiyyət verir: "Azərbaycanda möhkəm infrastruktur bazası yaradılıb ki, bu da bizim və tərəfdaşlarımızın maraqlarına xidmət edir. Azərbaycan, həmçinin enerji ixrac edən ölkədir. Enerji ixracı bizim inkişafımız üçün əsaslı baza və təməl yaratmışdır. Hazırda iqtisadiyyatın şaxələndirilməsi əsas vəzifələrdən biridir".

Dövlət başçısı qeyd edib ki, nəqliyyat infrastrukturu sahəsində Ələt Dəniz Ticarət Limanı və yeni istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolu xətti qeyd edilməlidir:

"Azərbaycanda 15 min kilometrdən çox yol çəkilib, dəmir yolu xətləri modernləşdirilib. Biz xüsusilə Şərq-Qərb nəqliyyat dəhlizində çox fəal iştirak edirik. Həmçinin Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafı prosesində iştirak edirik. Azərbaycanda hava nəqliyyatı infrastrukturu yaradılıb. Belə ki, altı beynəlxalq aeroport tikilib. Azərbaycan Xəzər dənizində 260 gəmi ilə ən böyük ticarət donanmasına malik ölkədir. Azərbaycanın nəqliyyat sahəsində potensialı daha da artır və bu, beynəlxalq əməkdaşlıq üçün yaxşı imkanlar yaradır. Azərbaycanda iqtisadi inkişaf nəticəsində işsizlik və yoxsulluq 5 faiz həddinə salınıb. Nəqliyyat və enerji təhlükəsizliyi milli təhlükəsizliyin vacib elementidir".

Azərbaycan Prezidenti deyib ki, "Bir, kəmər, bir yol" təkcə nəqliyyat layihəsi deyil, bu, sülhə, təhlükəsizliyə və əməkdaşlığa xidmət edən layihədir.

Türkiyədə DƏHŞƏTLİ QƏZA like
  • 27 Apr 14:28  
Dünya Türkiyədə DƏHŞƏTLİ QƏZA

İzmirin Buca qəsəbəsinə məxsus Kaynaklar Məhəllesi adlanan ərazidə d

arrow Ətraflı
Məşhur serial ekranlarla vidalaşır like
  • 27 Apr 14:22  
Digərləri Məşhur serial ekranlarla vidalaşır

Türkiyədə və Azərbaycanda geniş tamaşaçı kütləsi olan "Söz"

arrow Ətraflı
Formula 1 bolidlərinin üçüncü sərbəst yürüşü başlayıb like
  • 27 Apr 14:21  
Digərləri Formula 1 bolidlərinin üçüncü sərbəst yürüşü başlayıb

Formula 1 SOCAR Azərbaycan Qran Prisinin üçüncü sərbəst yürüşü başla

arrow Ətraflı
Tom Buçer: Bakı trasında asfaltla bağlı heç bir problem yoxdur, pilotlar narazılıq etmir like
  • 27 Apr 14:16  
Digərləri Tom Buçer: Bakı trasında asfaltla bağlı heç bir problem yoxdur, pilotlar narazılıq etmir

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) ötən gün Formula 1 SOCAR

arrow Ətraflı
Murad Dadaşova da ATVdə vəzifə verilib like
  • 27 Apr 14:10  
Şou-biznes Murad Dadaşova da ATVdə vəzifə verilib

Xəbər verdiyimiz kimi, ATV kanalında Bədii Şura yaradılıb

arrow Ətraflı
"Həkimlər valideynlərin dili ilə" adlı layihənin təqdimatı keçirilib like
  • 27 Apr 14:03  
Digərləri "Həkimlər valideynlərin dili ilə" adlı layihənin təqdimatı keçirilib

Beynəlxalq Mətbuat Mərkəzində Dr. Leyla Həsənova və Azərbaycanda Qadın

arrow Ətraflı
İranlı müğənni Afət Fərmanqızını hədələdi: “Səni məhkəməyə verəcəyəm” like
  • 27 Apr 13:57  
Şou-biznes İranlı müğənni Afət Fərmanqızını hədələdi: “Səni məhkəməyə verəcəyəm”

İranın məşhur müğənnisi Ali Pohmehrin Afət Fərmanqızı ilə mübahisə

arrow Ətraflı
DİM: Abituriyentin sual kitabçasını vermədən imtahan zalından çıxması qadağandır like
  • 27 Apr 13:50  
Digərləri DİM: Abituriyentin sual kitabçasını vermədən imtahan zalından çıxması qadağandır

Dövlət İmtahan Mərkəzi (DİM) aprelin 28-də keçiriləcək növbəti imtah

arrow Ətraflı
Bakıda tükürpədən hadisə like
  • 27 Apr 13:44  
Kriminal Bakıda tükürpədən hadisə

Aprelin 18-də itkin düşmüş 15 yaşlı Ramana qəsəbə sakini tapılıb.

arrow Ətraflı
Qadın nəzarətçi məhkumun kamerasına girib, onla cinsi əlaqədə oldu like
  • 27 Apr 13:38  
Dünya Qadın nəzarətçi məhkumun kamerasına girib, onla cinsi əlaqədə oldu

Adam öldürməkdə təqsirləndirilən məhkumla cinsi əlaqədə olduğuna gö

arrow Ətraflı