Ər arvadını bıçaqlayıb


Kriminal 26 Apr 2019 23:19:00 211 0

Ər arvadını bıçaqlayıb

Gəncədə qadın əri tərəfindən bıçaqlanıb. 

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, şəhər sakini 41 yaşlı Könül Tağıyeva bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Tibbi yardım göstərilib. Vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə, qadın ailə münaqişəsi zəminində həyat yoldaşı tərəfindən bıçaqlanıb. 

Faktla bağlı araşdırma aparılır.