Prezident İlham Əliyev Cənubi Afrika Respublikasının Prezidentini təbrik edib


Siyasət 26 Apr 2019 17:09:00 229 0

Prezident İlham Əliyev Cənubi Afrika Respublikasının Prezidentini təbrik edib

Prezident İlham Əliyev Cənubi Afrika Respublikasının Prezidenti Matamela Siril Ramafozaya təbrik məktubu göndərib.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident, Cənubi Afrika Respublikasının milli bayramı - Azadlıq Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza əmin-amanlıq və rifah diləyirəm".