Bakı sakinindən saxta əskinaslar tapıldı


Kriminal 26 Apr 2019 13:18:00 250 0

Bakı sakinindən saxta əskinaslar tapıldı

Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini, əvvəllər xuliqanlıq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Namiq Əsgərov saxlanılıb.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətindən Son.az-a verilən məlumata görə, şəxsi axtarış zamanı ondan 1 ədəd 50 və 1 ədəd 100 manatlıq saxta əsginaslar aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.