Qadın özündən 9 yaş kiçik sevgilisi tərəfindən öldürüldü


Kriminal 26 Apr 2019 11:46:15 201 0

Qadın özündən 9 yaş kiçik sevgilisi tərəfindən öldürüldü

Bakıda kişi sevgilisini bıçaqlayıb.   Son.az lent.az-a istinadən xəbər verir ki, hadisə ötən gün Suraxanı rayonu, Bülbülə qəsəbəsində qeydə alınıb.   Qəsəbə sakini 1978-ci il təvəllüdlü  Firəngiz Abdullayeva onunla eyni evə qeyri-rəsmi ər-arvad münasibətində olduğu  1987-ci il təvəllüdlü Rəşad Mirzəyev tərəfindən bıçaqlanıb.   Qadın xəstəxanaya çatdırılıb. Onun həyatını xilas etmək mümkün olub.    Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.