Bakıda parkda kişi qarət olunub


Kriminal 24 Apr 2019 21:35:00 243 0

Bakıda parkda kişi qarət olunub

Bakı sakini küçədə qarət olunub. Son.az Trend-ə istinadən bildirir ki, hadisə paytaxtın Səbail rayonu, Bayıl qəsəbəsindəki parkda baş verib.

1971-ci il təvəllüdlü Bəkirov Əliyar Əlsuvarv oğlu gecə saatlarında parkda olarkən Ağayev Cuanşir Kommunist oğlu və Paşayev Vüqar Şaban oğlu onun qarşısını kəsərək hədələyiblər. Daha sonra 230 manat pulunu götürüb hadisə yerindən qaçıblar.