Aİ və Azərbaycan yeni saziş çərçivəsində ticarət məsələlərini müzakirə edir


Siyasət 24 Apr 2019 17:34:00 246 0

Aİ və Azərbaycan yeni saziş çərçivəsində ticarət məsələlərini müzakirə edir

"Bakıda Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında tərəfdaşlıq barədə yeni saziş çərçivəsində ticarət məsələləri ilə bağlı müzakirələr keçirilir".

Son.az xəbər verir ki, bunu Trend-ə Aİ-nin Azərbaycandakı nümayəndəliyindən bildiriblər.

Məlumata əsasən, müzakirələr Avropa Komissiyasının ticarət məsələləri üzrə nümayəndəsi Petros Sormelisin rəhbərlik etdiyi nümayəndə heyətinin iştirakı ilə keçirilir.

Qeyd edək ki, 2016-cı ilin noyabrında Aİ Şurası Avropa Komissiyasına Azərbaycanla hərtərəfli sazişin hazırlanması üzrə Aİ üzv ölkələri adından danışıqlar aparmağa mandat verib.