"Elə bilirlər ki, Akif İslamzadənin həyat yoldaşıyam"


Kriminal 24 Apr 2019 17:19:00 250 0

"Elə bilirlər ki, Akif İslamzadənin həyat yoldaşıyam"

Nailə İslamzadə rejissor Nail Naiboğlunun "21 sual" adlı "Youtube" layihəsinin qonağı olub.

Əməkdar artist Nailə İslamzadə rejissor Nail Naiboğlunun "21 sual" adlı "Youtube" layihəsinin qonağı olub.

Son.az axşam.az-a istinadən bildirir ki, aparıcı həyatı ilə bağlı sualları cavablandırıb. O bildirib ki, yeni aparıcılığa başladığı illərdə onu müğənni Akif İslamzadənin həyat yoldaşı hesab edirmişlər:

"Efirə Uluxanova kimi gəldim. İki-üç il sonra İslamzadə oldum. Həmin ərəfədə Akif İslamzadəyə görə bu soyad məşhur idi. Həm də Akif bəyin xanımının adı Nailə idi və bir övladı varıydı. Mənim də bir övladım var. İndi də elə bilirlər ki, mən Sara xanımın gəliniyəm. Hətta hərdən deyirlər ki, yoldaşınız oxumur. Deyirəm, onsuz oxumurdu da.

AzTV-dən özüm getdim, amma məni getdirdilər. Mən getdiyim vaxtdakı şərait olmamışdı. Bir çoxlarımızı oradan getdirdilər".

Aparıcı "Nailə İslamzadə acılarını necə unudur" sualına belə cavab verib:

"Allah insanı unutqan yaradıb. Çox şeylər unudulmur, acı səngiyir. Elə olmasa, heç kim yaşaya bilməz. O günlərdə keçirdiyin hislər, getdikcə səngiyir. O olmasa, insan dəli olar, yaşaya bilməz. Allahın verdiyi hər şeyi qəbul etmək lazımdır. Qardaşlarım rəhmətə getdi, anam yaşamaq istəmir, amma yaşayır. Düşünürsən ki, sonda yenə görüşəcəyik da, bu adama təsəli verir".